Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Təəssüflər olsun, bəzən belə də olur: Gürcüstan Mərkəzi Kriminal Polis Departamenti və Baş Prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində 1997-ci il təvəllüdlü L.X saxlanılıb. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, o, yetkinlik yaşına çatmayan şəxsi cinsi istismara cəlb etmək, fahişəlik üçün yer təmin etmək və fahişəliyə şərait yaratmaqda ittiham olunur. İstintaq zamanı müəyyən olunub ki, L.X azyaşlı qızı aldadaraq nəzarətində olan masaj salonunda işlədib. Qız salonun müştərilərinə pul qarşılığında seksual xidmət göstərib və qazancının yarısını ona verib. Faktla bağlı Cinayət Məcəlləsinin 254-cü (fahişəliyə şərait yaratma) və 143¹²-ci (insan alveri – yetkinlik yaşına çatmayan şəxsin istismarı) maddələri üzrə cinayət işi başlanıb. Sözügedən əmələ görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.