Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulması planlaşdırılır.
Bunu energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın iclasında deyib.
İclasda dənizdə külək enerjisi layihələri üçün ayrılması nəzərdə tutulan su obyektlərinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesi barədə məlumatlar təqdim edilib.