10 Aprel 2026 / 22:39

Babək rayonunda iki avtomobil toqquşdu

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

Tezadla.az xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb. 67-BN-063 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı avtomobil toqquşub.

Nəticədə 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva, 1983-cü il təvəllüdlü Nazim Salmanov və 1963-cü il təvəllüdlü Hikmət Muradov xəsarət alıb. Onlar Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!