4 Sentyabr 2025 / 12:44

Bacısı oğluna işgəncə verən xala həbs olundu-SƏBƏB

Adətən qadınlara qarşı zorakılıqdan təəssüf hissi ilə yazmışıq… Lakin bu dəfə qadının uşağa qarşı etdiyi zorakılıq dəhşətlidir! Budur, Bakıda yetkinlik yaşına çatmayan azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı ittiham olunan qadın həbs olundu.  Tezadlar.az xəbər verir ki, 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən Günay Novruzova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirlərinin davam etdirildiyini bildirib.

Qeyd edək ki, azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Xatırladaq ki, Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib.

***

Bu da xala… Adətimizdə və mentalitetimizdə, ailə institumuzda belə bir ənənə var ki, xala-bacı uşaqlarının ikinci anası deməkdir! Bu dəfə isə xala nəinki vəfat edən bacısının yadigarına analıq etdi, əksinə, analığı da, xalalığı da, bacısı oğlunu da cinayətinin qurbanı etdi…

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!