Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Az əvvəl əməkdaşımız Yasəmən Məmmədli İsmayıllıdan 44 günlük Vətən Müharibəsi şəhidi Teymur Saday oğlu Osmanlının xatirəsinə həsr olunmuş tədbirdən dönürdü… Üzrxahlıqla deyirəm, redaksiyada gecikmiş nahar etmək məqamında mən yeməkdən imtina etdim… Əməkdaşlar nə qədər israr etsələr də, səbəbini demədim… Amma onlara deyə bilmədim ki, həmin ərəfədə həbsxanada olan Teylor Fətişoğlunun oğlu zəng etdi ki, “Asif əmi, atam bir ildir şikəst olub, ona kömək edin…”. Bir neçə dəqiqə keçmiş vaxtilə “Ədalət”də, sonra AzTV- də, Space- də cəbhə müxbiri olmuş Sənan Abdullayevin oğlu zəng etdi ki, “Asif əmi, atam bu gün həbsxanada “paralic” keçirib, ölüm ayağındadır, heç olmasa onun ev dustaqlığına keçirilməsinə kömək lazımdır…” və sair və ilaxır… Həyat çox çətin bir imtahandır, bunu sonralar- böyüyüb həyata müstəqil addım atanda başa düşdük… Siz də bilin: Vəzifədə oldun, çoban oldun, nazir oldun, fərq etməz… Heç kim günahlardan sığortalanmayıb, həm də cinayətlərdən… Bu adı çəkilənlərin və çəkilməyənlərin mümkün olan həddə bağışlanması üçün daha nə lazımdır?! Bağışlayanlardan olun, cəzalandırmağa nə var ki…
Asif MƏRZİLİ