22 Mart 2026 / 17:45

“Baharın rəngləri – Novruzun nəfəsi” -ADPK-də

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal korpusunda Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində “Baharın rəngləri – Novruzun nəfəsi” adlı sərgi keçirilib.

ADKU SERGİ KOL

Sərgidə kollecin dekorativ tətbiqi sənət, rəngkarlıq və dizayn-moda ixtisasında təhsil alan tələbələrin və eləcə də ixtisas müəllimlərinin hazırladıqları əl işləri vasitəsilə baharın təravəti, Novruzun zəngin milli-mənəvi dəyərləri və ənənələri bədii şəkildə təqdim olunub. Rəngarəng və yaradıcı nümunələr qonaqlar tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılarda xoş və yaddaqalan təəssüratlar formalaşdırıb.

ADKU-nun rəhbəri Amaliya Sezgin tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyəti haqqında geniş məlumat verib kürsüyə fəxri qonaq olaraq Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovanı dəvət etdi.

ADKU EL

Elnurə xanım Amaliya Sezginə yüksək peşəkarlıqla hazırlanmış xeyriyyə aksiyasının təqdirə layiq olduğunu və Azərbaycan Dövlət Pedaqoji Kollecin kollektivinin doğma olduğunu bildirdi. Elnurə xanım qeyd etdi ki, 10 ildir Azərbaycan Rəssamlar İttifaqının üzvü, Beynəlxalq Qalereyanın üzvü “Qabaqcıl təhsil işçisi” döş nişanlı Azərbaycan Pedaqoji Kollecin müəllimi Rəsmiyyə Mahmudova və tələbələri ilə mütəmadi olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş vətənpərvik etüdlərində Qarabağ və digər bölgələrdə, müxtəlif dövlət qurumları, ölkəmizdə olan xarici ölkə səfirliklləri ilə fəal olaraq uğurla sərgi tədbirlərdə iştirak edirlər. Azərbaycan Dövlət Pedaqoji Kollecin kollektivinə uğurlar arzuladı.

adku xonca

Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi Dillər kafedrasının baş müəllimləri, Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, tədris hissə müdiri Hilalə İbadova, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, 18 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Leyla Fətiyeva, “Bağçam” Uşaq Bağçaları şəbəkəsinin baş direktoru Samirə Dünyamalıyeva, menecer Xalidə Rzayeva, “YURDUM” Eko-Sosial Kəndinin sədri Firəngiz Hüseynova və digər əməkdaşları iştirak ediblər.

ADKUSERGİ

ADKU SEGİ

AYGÜN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!