Bakı-Ağdam müntəzəm avtobus reysi açılıb. Tezadlar.az xatırladır ki, sentyabrın 26-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib.
Avtobuslar Bakıdan Ağdama hər gün saat 08:50-də, əks istiqamətdə isə saat 08:00-da yola düşəcək. Bir istiqamət üzrə gedişhaqqı 13,90 AZN-dır.
Biletləri yalnız onlayn qaydada “
biletim.az” portalı üzərindən əldə etmək mümkündür.
Yolumuz Qarabağadır! Ermənisiz Qarabağa…
A.Məmmədli