Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı daha bir mötəbər danışıqların məkanı olacaq. Belə ki, Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək. Tezadlar.az CNN- Türk-ə istinadla bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hadas” telekanalı öz mənbələrinə istinadən xəbər yayıb. O da məlum olur ki, İsrail nümayəndə heyətinin Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq məqsədilə Azərbaycana səfəri gözlənilir. Eləcə də Türkiyə və Suriya kürd, druz və ələvilərin statusu, həmçinin İsrailin rolunu da əhatə edən regional qarşılıqlı anlaşma barədə danışıqlar aparır.