15 Avqust 2025 / 19:25

Bakı Dəmiryol Vağzalının parklanma sahəsi bağlanır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Bakı Metropoliteni” QSC-nin tunel tikintisi ilə bağlı vətəndaşlara müraciət edib.

“Tezadlar.az”ın xəbərinə görə, müraciətdə deyilir:

“Daha əvvəl məlumat verildiyi kimi, aparılan tikinti işləri ilə əlaqədar olaraq 18 avqustdan Bakı Dəmiryol Vağzalının sərnişinlər üçün qarşılama və yola salma xidməti göstərən avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Qeyd olunan tarixdən etibarən ADY-nin sərnişinləri vağzalın ətrafında, Xətai prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Azparkinq” dayanacaqlarından istifadə edə bilərlər”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!