Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bir neçə dəqiqə əvvəl Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az sosial şəbəkə platformalarına istinadla xəbər verir ki, sürücü diqqətsizliyi və təcrübəsizliyi nəticəsində baş vermiş avtoəza səbəbindən “Biləcəri” dairəsi istiqamətində böyük avtomobil sıxlığı yaranıb. Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Tıxac isə getdikcə artır. Çünki əzilmiş avtomobillərin sahibi sığorta şirkəti nümayəndəsinin gəlməsini gözləyirlər.
DİN-nin yaydığı videodan isə görünür ki, “Mersedes”in sürücüsü yolda dayanmış “KamAZ”ın arxasına çırpılır. Sürücünün ölüb-qaldığı isə hələki bilinmir.
İnsan nə qədər naşı olmalıdır ki, 80-90 sürətlə dayanmış maçının arxasına girsin!
ELŞAD