30 İyul 2025 / 22:51

Bakıda dəhşətli yol qəzası: Skuter sürücüsü həyatını itirdi

Bu gün saat 19:30 radələrində Nəsimi rayonu, R.Behbudov küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində 99 RN 005 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil skuteri vurub. 

Bu barədə “Tezadlar.az”ın sorğusuna cavab olaraq Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib.

Skuterin sürücüsü Əhmədova Ülviyyə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!