Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Fevral 2025 / 17:54

Bakıda dörd nəfərin meyidi aşkarlandı-CİNAYƏT!

Bakının Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb. Tezadlar.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. İki qonşunun meyiti evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılanların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib-içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb. Dörd nəfərin ölüm səbəbi hələlik məlum deyil, müvafiq ekspertizalar təyin edilib. İstintaq hələki şübhəli məqamlar üzərində işləyir.

Elbar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!