Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sosial mediada cəmiyyətdəki problemlər necə gəldi işıqlandırılır və təkliflər də verilir. Sosial platforma istifadəçisi Əlövsət Əmirbəyli Bakının Nizami rayonunda belə bir faktla rastlaşıb: “Bu şəkil Nizami rayonu, Məhsəti küçəsi, 41 ünvanda çəkilib. Bu “piyada yolu” piyadaları divara dırmaşdırmaq üçündür? Ötən əsrin əvvəllərində mollalar buğdanı divara “dırmaşdırmaq” üçün cadü edirdilər. Bəlkə Süni-zəka dövründə insanı divara “dırmaşdırmaq” olur, xəbərimiz yoxdur”.
Bəli, Bakının və ölkənin yollarına DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər DYPİ, rayonların DYPİ-ləri və AYNA baxır… Təkcə baxmırlar, həm də bu yollardan necə gəldi istifadəni də edir, pul qazanır, mövcudları görürlər. Bu şəkildəki yola yerüstü piyada yolu çəkənlər doğrudanmı anlamayıb ki, keçidin sonu hara gedib dirənir? Sonda divardır, piyada yolu deyil axı…
Biz yazdıq, anlatdıq, qalır anlamalıların anlayıb bu eybəcərliyi aradan qaldırması…
A.Məmmədli