Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Adətən tənqidi yazı dərc edirik, deyirlər- şantajdır… Faktı ortaya qoyuruq, deyirlər-texniki anlaşılmazlıqdır… Susuruq, deyirlər- belə jurnalistika olar???
Biz tənqidi yazıları ona görə veririk ki, nöqsan aradan qaldırılsın, əcaiblik yox edilsinş insanları yorub əldən salan, əsəbi edən hallara son qoyulsun.
Aşağıda təqdim etdiyimiz fotolara diqqət edin: bu küçə Sabit Bağırovdur, Afiyəddin Cəlilov küçəsinə paralel küçə. Vətəndaş Abbasiv deyir kiş 30 ildir bu həyətdı yaşayır: “Gördüyünüz bu ağacları əkib- becərəndə, sulayanda, qulluq edəndə düşünürdük ki, bir vaxt gələr, yay günlərində kölgəsində özümüz və ya avtomobilimiz dayanar, sərinləmər… Bir ilə yaxındır AYNA adlı bir qurum yaradıblar, az qalıb blokukuza da parklama nişanı qoyalar… 3 zolaqlı bu yolun birini AYNA zəbt edib, parklama yaradlb, digər zolağı isı yol polisi “Dayanma- durma” 😥nişanl ilə “zanit” eliyib, 1 zolaq qalıb, o da tıxac ərşə dirənəndə olur A.Cəlilov küçəsinin bir forması. İndi havalar istiləşib, həyətə gün düşür deyə, maşını kölgəyə çəkmək istəyirəm, 30 il əvvəl əkib qulluq etdiyim ağacın kölgəsini bu tərəfdə yol polisi, o biri tərəfdə isə AYNA zəbt edib. Belə iş olar? Getsinlər özlərinə parklama yeri düzəltsinlər, nə istəyirlər etsinlər, amma bizim kölgəlimizi niyə əlimizdın alıblar?”.
Təəssüf ki, gücümüz həıəki bu əcaibliyi çəkib- işıqlandırıb ictimailəşdirməyə çatır. Tədbir görüləcəkmi? İnanmırıq. Çünki bura nabələdlərin cərimələnməsi meydanıdır…
A.Məmmədli