Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını boğub öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Tezadlar.az xəbər verir ki, proses şahid ifadələri ilə davam etdirilib.
Şahid qismində ifadə verən Salman Məmmədov bildirib ki, təqsirləndirilən şəxslə qonşu olub.
Hadisə vaxtı evdə olmadığını, aprelin 20-də oğlunun zəng edib Ziyəddinin yoldaşını öldürdüyünü xəbər verdiyini söyləyib.
Təqsirləndirilən şəxsin atası Seyfəddin ifadəsində göstərib ki, gəlini onun bacısı qızı olub: “Əxlaqlı, ailəcanlı, uşaqlarına baxan biri idi. Hadisə baş verən gün Ziyəddin uşaqları onlara gətirib deyib ki, arvadı xəstələnib. Amma bir müddətdən sonra polis əməkdaşları gəlib. Məlum olub ki, ölüm hadisəsi baş verib”.
Növbəti məhkəmə iclası mayın 1-nə təyin edilib.
Qeyd edək ki, ötən il aprelin 20-də Əhmədli qəsəbəsində Ziyəddin Quliyev ailə münaqişəsi zəminində arvadı, 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq, qəsdən öldürüb.
O, hadisədən sonra könüllü polis əməkdaşlarına təslim olunub.
Faktla bağlı Xətai rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.