Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna ordusunun 3-cü ayrı hücum briqadasının azərbaycanlı hərbçisi Azazadə Asim Mahir oğlu Luqansk ilə Xarkov vilayətinin sərhədində yerləşən Petrovskoye kəndi yaxınlığında Rusiya ordusuna əsir düşüb.
Tezadlar.az xəbər verir ki, azərbaycanlı ifadəsində Bakı şəhərindən olduğunu deyib. Rusiya qoşunları tərəfindən mühasirəyə alındıqdan sonra o təslim olub.
Jurnalistlərlə söhbətində azərbaycanlı hərbçi, o cümlədən nasist simvolları əks etdirən döymələrini nümayiş etdirib.
Başqa təfərrüatlar açıqlanmayıb.