Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2025 / 19:35

Bakını tıxacla xəstə salanlar: AYNA niyə aynada özünə və əməllərinə baxmır ki…

…Metronun Xətai stansiyasının yanından piyada keçirəm, Xocalı prospekti şişib, dağılır, A.Cəlilov can verməkdə, tıxacı AMAY-a “salam” verir, M.Mehdizadə zarıyır, Yusif Səfərov isə ağı deyir…

Mən dünyanın 5 ölkəsinin 30- dan çox paytaxt və iri şəhərində olmuşam, mövcud yolu genişləndirmədən- daraldıb yolun hərəkət hissəsinə parklama, BUS və Velosiped yolu salmırlar! Yəni, bu Bakını niyə bu günə salır, ləhlədirlər? Ölkəyə hər gün minlərlə maşın gətirib şirnikləndirici üsullarla bizə satanlar sonra da tıxaclarla maşın sürməyi qadağalayırlarsa, bu, cənab Prezidentin sözləri ilə desəm, xalqı ələ salmaqdır, aldatmaqdır, öz sözümlə desəm, dolamaqdır…

İçi hava ilə dolu şarı sıxanda nə baş verir? Bakını içindən sıxan, sancıladan bu AYNA- çılar aynada niyə özlərinə və tutduqları əməllərə baxıb qiymət vermirlər? Hər gün yüz minlərlə insan bu əzaba məhkum edilirsə, düzəlməyinə ümid yoxdursa, yaxşı, bu qədər insanı potensial narazı etməkdə Anar Rzayevin niyyəti nədir?

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!