26 Yanvar 2026 / 08:10

Bakının bu yolları tıxaca yüklüdür- SİYAHI

Bu dəqiqələrdə Bakının bir sıra yollarında tıxac yaranıb. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda bu yollarda vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;

6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!