Bakı Ali Neft Məktəbində ölkədə ilk dəfə Banklar sərgisi təşkil etdik. Tədbirdə ölkənin aparıcı banklarının nümayəndələri tələbələrimizlə görüşərək bank sektorunda karyera imkanları, təcrübə proqramları və peşəkar inkişaf yolları barədə məlumat verdilər.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
““Bank sektorunda karyera yolu” mövzusunda keçirilən panel müzakirədə bank nümayəndələri öz təcrübələrini bölüşərək tələbələrin suallarını cavablandırdılar. Paneldə, həmçinin Bakı Ali Neft Məktəbinin məzunu olan Sənan Səfərəliyevin iştirak etməsi tələbələrimiz üçün xüsusi motivasiya oldu.
Tədbirdə iştirakına və dəyərli fikirlərinə görə Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Gülər xanım Paşayevaya, eləcə də panel müzakirəsinin bütün çıxışçılarına və sərgidə iştirak edən bank nümayəndələrinə təşəkkür edirəm”, – deyə rektor qeyd edib.
Y.Məmmədli