14 Mart 2026 / 23:02

BANM-dan təqdirəlayiq addım: SOS-u ziyarət etdilər, amma uşaqların şəklini paylaşmadılar

Ata – anasını itirən uşaqları sevindirmək Ramazan ayında ən böyük savabdır. Bu günlərdə əməkdaşlarımızla birlikdə SOS Uşaq Kəndlərini ziyarət etdik.
Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar qasımov sosial media hesabındakı paylaşımda bildirib.
“Uşaqlarla görüşdük, onların hazırladıqları rəsm və əl işləri ilə tanış olduq. Hər birinə gözəl hədiyyələr verərək sevinclərinə şərik olduq. Balacalara xoşbəxt, sağlam və uğurlu gələcək arzulayıram. Balacaların şəkillərini etik baxımdan paylaşmırıq”, – deyə rektor qeyd edib.
Döğrudan da hər bir müsəlmanın, həm də əsl insanın xeyirxah işlər görməsi böyük savabdır. Və savab işləri görərkən – hər hansı bir hədiyyəni verərkən qarşındakı uşaq isə ümumiyyətlə, onun şəklini paylaşmamaq gözəl xüsusiyyətdir. Çox təəssüf ki, bu gün kimlərinsə pulu ilə aztəminatlı ailənin azyaşlı övladına hansısa hədiyyəni verib, nəinki şəklini paylaşanlar var, hətta onları videoya çəkdirib təşəkkür etdirməyi belə unutmurlar…

BANM SOS USAQLAR

BANM SOS SERGİ

JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!