Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Mart 2026 / 12:43

BANM-ın iki komandası “MIT Climate & Energy Prize” startap yarışında iştirak edib

Bakı Ali Neft Məktəbinin (BANM) iki startap komandası – “Climasel” və “Ecolyte” Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən təşkil olunan və dünyanın ən nüfuzlu müsabiqələrindən olan “MIT Climate & Energy Prize” (CEP) startap yarışının Sinqapurda yarımfinal mərhələsində iştirak edib.

BANMSTAP

Bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
Rektor vurğulayıb ki, BANM-nin komandaları 52 ölkədən 213 startap arasından seçilərək yarımfinala yüksələn 28 komanda arasında yer alıblar.
“”Ecolyte” startap komandasının üzvləri Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Ləman Mehdiyeva və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Aytac Süleymanzadədir. Startap litium-ion batareyalar üçün yeni nəsil ion-maye elektrolitlərin hazırlanması istiqamətində fəaliyyət göstərir.
“Climasel” startap komandasının üzvləri Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirovadır. Layihənin marketinq üzrə məsləhətçisi BANM məzunu, hazırda “SOCAR Türkiyə”də çalışan Güllü Hüseynlidir. “Climasel” layihəsi binalarda enerji səmərəliliyinin artırılması məqsədilə faza dəyişən materiallar əsasında innovativ həllər təqdim edir.
Hər iki layihənin elmi rəhbərləri BANM-in İnnovasiyalar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadə və Kimya mühəndisliyi kafedrasının baş müəllimi Aysel Məmmədovadır.
“MIT Climate & Energy Prize” müsabiqəsi dünyanın ən böyük, eyni zamanda ən uzunmüddətli tələbəyönümlü iqlim və enerji startap müsabiqələrindən biri hesab edilir. Müsabiqənin əsas məqsədi iqlim dəyişikliyi və enerji sahəsində innovativ texnologiyaların inkişafını dəstəkləməkdir”. – deyə o, qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!