10 Fevral 2025 / 12:04

BANM-NIN HAZIRLIQ KURSUNUN 23 TƏLƏBƏSİ TƏQAÜD PROQRAMININ QALİBİ OLUBLAR

Bakı Ali Neft Məktəbinin (BANM) Hazırlıq kursunun (Foundation) tələbələri “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibi olublar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.

“Onlar Sadiq Axundlu, Fidan Əfəndizadə, Aytac Əliyeva, Məhəmməd Kərimov və Anar Qurbanovdur. Proqram Təhsilinİnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Təqaüd proqramına ümumilikdə 306 nəfər müraciət edib, 23 nəfər qalib olub”, – deyə rektor qeyd edib.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!