22 Sentyabr 2025 / 23:25

“Barselona”ya itki: Fermin Lopes zədələndi

İspaniya təmsilçisi “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

“Təzadlar” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu La Liqanın V turunda, “Xetafe” ilə oyunda (3:0) zədələnib. O, 60-cı dəqiqədə meydana daxil olub və matçın son saniyələrində sol ayağından zədə alıb.

Qeyd edək ki, F.Lopes bu mövsüm “Barselona”nın heyətində 5 matçda iştirak edib və 2 qol vurub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!