Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan vətəndaşları arasında Aİ-yə inam səviyyəsi 80%-dən 50%-ə düşüb, baş nazir İrakli Kobaxidze bildirib.
Tezadlar.az bildirir ki, bu barədə “Vzqlyad” qəzetinin müxbiri Tbilisidən xəbər verir.
O, bunu Aİ-nin “dərin dövlətin” maraqları naminə Gürcüstandakı “inqilabi prosesləri” maliyyələşdirməsi ilə izah edib.
Onun sözlərinə görə, “belə proseslərin perspektivi yoxdur”.
Eyni zamanda, İrakli Kobaxidze deyib ki, “çox acınacaqlı bir reallıq yaranır – Aİ-nin vəsaitləri hesabına maliyyələşən Gürcüstanın qeyri-hökumət təşkilatları 2000 nəfəri mitinqə toplayır və hökumətin devrilməsini tələb edir”.
Baş nazir vurğulayıb ki, “bu, Aİ-nin Gürcüstandakı imicinə təsir edir, ona görə də təəccüblü deyil ki, Gürcüstan ictimaiyyəti arasında Aİ-yə inam səviyyəsi 80%-dən təxminən 50%-ə düşüb.
“Gürcüstanda Aİ-yə inam köklü şəkildə azalıb”, – Nazirlər Kabinetinin rəhbəri bildirib.
E.ŞİRİNOV