Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bunu da yaşadıq: Azərbaycanın başına gətirilənlər indi də Gürcüstanın taleyinə yazılır… Belə ki, Baş nazir İrakli Kobaxidze Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi son qətnaməyə sərt reaksiya verib. Tezadlar.az xəbər verir ki, o, sənədi “tamamilə utancverici” adlandıraraq, məsuliyyətin təkcə Avropa Parlamentinə deyil, bütövlükdə Avropa İttifaqının bürokrasiyasına aid olduğunu bildirib. Baş nazirin sözlərinə görə, bu artıq Avropa Parlamentinin qəbul etdiyi yeddinci “utancverici” qətnamədir və o hesab edir ki, Avropa bürokratları Gürcü xalqına qarşı təzyiq göstərməyə çalışırlar: “Gürcü xalqı kollektiv ‘Vahid Milli Hərəkatı’ hakimiyyətə qaytarmadığı üçün şantaj etmək çox utancvericidir. Bu biabırçılığa görə məsuliyyəti Avropa bürokrasiyası daşımalıdır”, – deyə Kobaxidze vurğulayıb. O, həmçinin Avropa strukturlarını 2004–2012-ci illərdəki hakimiyyətin – “Vahid Milli Hərəkat” rejiminin – insan hüquqlarının pozulması ilə müşayiət olunan fəaliyyətlərinə “yaşıl işıq” yandırmaqda ittiham edib: “İşgəncələr, reket, televiziya kanallarının zəbt olunması, ərazilərin verilməsi – bütün bunlara o dövrdə göz yuman, dəstək verən elə bu gün də Gürcüstan haqqında danışan bürokratlardır. Onlar məsuliyyət daşımalıdırlar”, – deyə hökumət rəhbəri bildirib.
Avropa Parlamenti son qətnaməsində Gürcüstanda demokratiya və insan haqları ilə bağlı narahatlıqlarını ifadə edib. Gürcüstan hökuməti isə bu sənədi qərəzli və ədalətsiz adlandırır.
Beləliklə, Avropa Parlamenti Gürcüstanı məcbur edir ki, Rusiyaya meyillənsin… Necə ki, Rusiya Ukraynanı məcburən Qərbə yönləndirdi, indi müharibə ilə də geri qaytara bilmir…
A.Məmmədli