19 Sentyabr 2025 / 07:01

Baş nazir həmkarlar ittifaqının tələblərini müzakirə edəcək

Fransanın Baş naziri Sebastian Lekornu sosial mediadakı səhifəsində sosial xərclərin azaldılmasına qarşı keçirilən genişmiqyaslı etirazlardan sonra həmkarlar ittifaqı nümayəndələri ilə məsləhətləşmələr aparmaq niyyətində olduğunu açıqlayıb.

“Mənim təşəbbüs göstərdiyim məsləhətləşmələrin mərkəzində həmkarlar ittifaqı nümayəndələrinin irəli sürdüyü və yürüş iştirakçılarının səsləndirdiyi tələblər dayanır. Yaxın günlərdə həmkarlar ittifaqı nümayəndələri ilə yenidən görüşəcəyəm”, – Tezadlar.az xəbər verir ki, o yazıb.

Lekornu həmçinin hüquq-mühafizə və fövqəladə hallar xidmətinin əməkdaşlarına qarşı qanunsuz hərəkətləri, eyni zamanda Fransada törədilən vandalizm aktlarını pisləyib.

“Zorakılıq siyasi mübarizənin qanuni üsulu deyil və heç kim buna haqq qazandırmamalıdır”, – Baş nazir vurğulayıb.

Bundan əvvəl Fransanın daxili işlər naziri Bruno Retaillo polisin etiraz aksiyalarında 309 nəfəri saxladığını, o cümlədən 134 nəfəri nəzarətə aldığını bildirmişdi.

Nazirin sözlərinə görə, nümayişlərdə 7300 “radikal düşüncəli şəxs” iştirak edib və respublikanı blokadaya ala bilməyib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!