3 Fevral 2025 / 11:52

Baş nazir Nazirlər Kabinetinin bu qərarlarını ləğv edib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üç qərarı ləğv edilib.

TEZADLAR.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 520 nömrəli, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 41 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar imzalayıb.

Ləğv edilən qərarlar aşağıdakılardır:

“Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2100 (Cild I); 2024, № 4, maddə 471, № 9, maddə 1090);

“Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 191 (Cild I);

“Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 192 (Cild I); 2024, № 9, maddə 1090).

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!