30 Avqust 2025 / 06:29

Baş prokuror Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul etdi

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nəsimi rayon prokurorluğunun inzibati binasında Nəsimi rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

“Tezadlar” xəbər verir ki, qəbulda 38 nəfər iştirak edib.

Vətəndaşların müraciətləri əsasən konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair olub.

Baş prokuror qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq tapşırıqlar verib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!