25 Dekabr 2023 / 06:51

BAŞ PROKURORLUQ İSMAYILLIDA DOĞUŞ VAXTI ANANIN ÖLÜM SƏBƏBİNİ ŞƏRH ETDİ

İsmayıllıda ana doğuş vaxtı dünyasını dəyişib…

Bəs ölümə səbəb nədir? Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə keysəriyyə əməliyyatı olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!