Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Oktyabr 2024 / 10:57

BAŞ PROKURORLUQ PREZİDENTİ DİNDİRƏCƏK: SEÇKİ SAXTAKARLIĞI İDDİASINA GÖRƏ

 Bu gün Baş Prokurorluq seçki saxtakarlığı iddialarına görə, prezident Salome Zurabişvilini dindirməyə çağırıb.

Tezadlar.az Gürcüstan Prezidentinin mətbuat xidmətinə istinadla bildirir ki, bu barədə qurumun bəyanatında bildirilib. Qeyd olunur ki, Baş Prokurorluq oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) müraciəti əsasında prezident, müxalif siyasi partiyalar və yerli müşahidəçilər tərəfindən son parlament seçkilərindən sonra seçki saxtakarlığı iddiaları ilə bağlı araşdırmaya başlayıb. Prokurorluğun məlumatına görə, Prezident Salome Zurabişvili oktyabrın 31-də dindiriləcək. Məlumatda deyilir: “Prokurorluq MSK-nın tələbinə uyğun olaraq, Gürcüstan prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin qeyd etdiyi faktların araşdırılması üçün bütün zəruri istintaq və prosessual fəaliyyətləri həyata keçirəcək. Saxtakarlıq fəaliyyəti ilə bağlı məlumatı ola biləcək bütün maraqlı tərəflər istintaq çərçivəsində dindiriləcək”.

“Təzadlar” xatırladır ki, ölkə prezidenti və müxalifət partiyaları seçkinin nəticələrini tanımır və hakim partiyanı saxtakarlıqda ittiham edir. Bu saxtakarlıq isə kütləvi etiraz mitinqlərində də açıqlanıb…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!