29 Avqust 2025 / 23:38

Baş Qərargah rəisi: “Şuşa Bəyannaməsi münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdı”

Azərbaycan və Türkiyə əlaqələri ən yüksək səviyyədədir.

“Tezadlar” xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 30 avqust- Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda keçirilən qəbulda deyib.

O qeyd edib ki, bu uğurda dövlət başçılarının müstəsna rolu var:

“Şuşa Bəyannaməsinə əsasən əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Bu əsasda ardıcıl və zəruri tədbirlər həyata keçirilir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!