Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə futbolunun ən tanınmış simalarından biri, hazırda “Başakşehir”in baş məşqçisi olan Nuri Şahin “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun fəaliyyəti barədə fikirlərini bölüşüb.
Tezadlar.az xəbər verir ki, bunu 1-ci Liqa təmsilçisi “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Bir neçə gün öncə “Başakşehir”in düşərgəsində olan, İstanbul komandasının baş məşqçisi Nuri Şahinlə görüşən azərbaycanlı mütəxəssis nədən danışdıqlarını açıqlayıb:
“Çox mövzu ətrafında söhbətləşdik. Əlbəttə ki, bizim millinin böyük uğurlar qazanmamasının səbəbləri ilə maraqlandı. Biz görüşəndə hələ “FİFA Series -2026″nın oyunları baş tutmamışdı. Nuri Şahin Qurban Qurbanovun fəaliyyətini, “Qarabağ”ın oyun tərzini çox bəyənir. Azərbaycan çempionunun Çempionlar Liqasındakı oyunlarını həvəslə izlədiyini bildirdi”.