Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bayer” klubunun baş məşqçisi vəzifəsində Erik ten Haqın nə qədər qazandığı məlum olub.
Tezadlar.az xəbər verir ki, mütəxəssis müqavilə imzaladıqdan cəmi iki ay sonra, sentyabrın 1-də istefaya göndərilib.
Məlumata görə, məşqçi klubdakı 62 gün üçün maaş kimi 1 milyon avro, müqavilənin vaxtından əvvəl pozulmasına görə isə 5 milyon avro təzminat alıb.
55 yaşlı niderlandlı mütəxəssis kluba iyulun 1-də başçılıq edib. Onun rəhbərliyi altında “Bayer” üç oyun keçirib: 1 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə. Leverkuzen klubu 1 xalla Bundesliqanın turnir cədvəlində 12-ci yeri tutur.