Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Mart 2026 / 10:54

Bayraktar TB2 Sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib – FOTO

Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində Bayraktar Teknoloji Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində Bayraktar TB2 Sistemi üzrə  mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
General-mayor Həsən Əlövsədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə kursun əhəmiyyəti vurğulanaraq bildirilib ki, bu cür kurslar hərbi qulluqçuların ixtisaslara yiyələnməsinə, bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də peşəkarlığının artırılmasına müsbət təsir göstərir.
Buraxılış mərasiminin sonunda kursu bitirənlərə sertifikatlar təqdim olunub.

hhq kurs

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!