Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Fevral 2025 / 18:19

BBC-nin Bakı ofisi də bağlanır

“Rus evi”nin ardıca Bakıdakı “BBC News Azərbaycanca”nın ofisi də bağlanır. Tezadlar.az “Azadlıq Radiosu”na istinadla bildirir ki, bu barədə BBC-nin bu gün yaydığı açıqlamada deyilir. Açıqlamadan bəlli olur ki, şirkət Azərbaycan XİN-dən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib. Hansı ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.

Ofisin bağlanması barədə səbəblər isə hələki açıqlanmır.

Xatırladaq ki, az əvvəl “Turan” agentliyi də fəaliyyətini dayandırmaq barədə qərar qəbul etmişdi.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!