Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raketləri və pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin açıqlamasında ölkənin müxtəlif yerlərində eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin ballistik raketlərə, PUA-lara və qanadlı raketlərə qarşı müdaxiləsi ilə əlaqəli olduğu bildirilib.
İsrail və ABŞ Tehran və Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda 28 fevralda İrana hücum ediblər.
İran ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, BƏƏ və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə hücumlarla cavab verib.
E.ŞİRİNOV