Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Gürcüstana rəsmi səfər edib.
“Təzadlar”ın Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində Tbilisi beynəlxalq hava limanında rəsmi qarşılanma mərasimi keçirilib.
Qonağı Gürcüstanın Baş naziri İrakli Kobaxidze qarşılayıb. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Hazırda hökumət administrasiyasında BƏƏ və Gürcüstanın Nazirlər Kabineti üzvlərinin iştirakı ilə liderlərin geniş tərkibdə görüşü keçirilir.
Səfər zamanı iki ölkə arasında əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.