19 Mart 2024 / 09:37

BELQOROD VİLAYƏTİNDƏ USQ-NİN HAVA HÜCUMU NƏTİCƏSİNDƏ 3 NƏFƏR YARALANIB

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Belqorod vilayətinin Belqorod rayonuna hücumu nəticəsində 3 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

“Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan sonra ilkin məlumata görə, 3 nəfər yaralanıb. Razumnoye kəndində isə qəlpələrin şəxsi yaşayış binasına düşməsi nəticəsində iki nəfər yaralanıb: 14 yaşlı uşaq və anası müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin kənddə bir qadın yaralanıb, o, hücum zamanı küçədə olub”, – o yazıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!