Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilinin E-1 bölgəsində məskunlaşanlar üçün minlərlə mənzil tikmək planlarını təsdiqləyib.
O, həmçinin bəyan edib ki, İsrail bu torpağı özününkü hesab edir və ayrıca Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək.
Tezadlar.az xəbər verir ki, Netanyahu bunu sentyabrın 11-də Qüdsdən bir neçə kilometr aralıda yerləşən Maale Adumim şəhərində keçirilən mərasimdə deyib. Baş nazirin açıqlamaları onun administrasiyası tərəfindən yayılıb.
“Bu gün çox önəmli bir gündür. Maale Adumim şəhəri ikiqat böyüyəcək. Beş il ərzində burada 70 min insan yaşayacaq. Bu, böyük dəyişiklikdir”, – deyə o bildirib.
Netanyahu xatırladıb ki, əvvəllər bu ərazidə yeni yaşayış evlərinin tikintisinə razılıq verəcəyini vəd edib və indi bu vəd yerinə yetirilir. “Bizim yerinə yetirəcəyimiz başqa bir vəd var. Biz dedik: Fələstin dövləti olmayacaq – və həqiqətən də olmayacaq! Bu torpaq bizə məxsusdur. Biz irsimizin, torpağımızın və təhlükəsizliyimizin qayğısına qalacağıq”, – İsrailin baş naziri deyib.
Qeyd edək ki, İsrailin E-1-də yeni yaşayış evlərinin tikinti planları ilə bağlı məlumat avqust ayından məlum idi. Netanyahu indiki açıqlaması ilə rəsmiləşdirib.
Aİ, Avstraliya, Kanada və Yaponiya da daxil olmaqla 21 ölkənin xarici işlər nazirləri bu qərarı beynəlxalq hüququn pozulması kimi pisləyiblər. İsrail bu tənqidi rədd edib.
JASMİN