Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Fevral 2025 / 13:57

Bərdədə ehsan yeyib zəhərlənənlərin vəziyyəti normallaşır

Bərdədə yas mərasimində ehsandan zəhərlənənlərin vəziyyəti normallaşır. Həkimlər bildiriblər ki, “23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub”.

Tezadlar.az- a TƏBİB-dən belə deyiblər. Sitat: “Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir”.

Ehsan yeyərkən çadırda quraşdırılmış qaz sibasının dəm qazına diqqət edilməməsi bu hala gətirib çıxarıb.

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!