Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2024 / 10:42

BERLİNDƏ AZƏRBAYCAN DİLİ HƏFTƏSONU MƏKTƏBİNİN AÇILIŞI OLUB

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Almaniyadakı səfirliyinin birgə təşkilati dəstəyi ilə “Xarıbülbül” Azərbaycan dili həftəsonu məktəbinin açılış mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, mərasimdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov da iştirak edib. Çıxışlarda Azərbaycan dili həftəsonu məktəbinin əhəmiyyəti vurğulanıb, məktəbin dilimizin təbliğinə töhfə verəcəyi bildirilib.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan dili məktəblərinin təsis olunması gənc nəslin tarixi Vətənlə bağlarının qorunmasında, ana dilini öyrənməsində mühüm əhəmiyyət kəsb edir. Almaniyadakı Azərbaycan diasporu da bu sahədə uğurla fəaliyyət göstərir.

Açılış mərasimindən sonra qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzində yeni təşkil olan ritm kursları ilə də tanış olublar.

Sonda Ana dili məktəbinin şagirdlərinə Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi adından hədiyyələr təqdim edilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!