Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

General Bəxtiyar Ersayın yerinə təyinat olub.
Tezadlar.az-ın xəbərinə görə, general-leytenant Soner Orucoğlu Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanı təyin edilib.
Qeyd edək ki, bundan əvvəl bu vəzifəni ordu generalı Bəxtiyar Ersay tutub.
Bəxtiyar Ersay, həmçinin, Azərbaycan müdafiə nazirinin müşaviri olub.
O, bir müddət əvvəl Türkiyə Quru Qoşunlarının Birinci Ordu Komandanı təyin olunub.
General Bəxtiyar Ersay yeni təyinatı ilə əlaqədar Azərbaycan müdafiə nazirinin müşaviri və Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanı vəzifələrindən azad edilib.