Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2025 / 08:48

Beynəlxalq Qalereyada Müstəqillik və Uşaqlar Gününə həsr olunmuş tədbir keçirildi – FOTOLAR

28 May – Müstəqillik Günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beynəlxalq Qalereyada sərgi-tədbir keçirildi.

TEZADLAR.AZ xəbər verir ki, layihə rəhbəri Aygün Əzizovanın olduğu sərgidə bir qrup qazi övladı daxil olmaqla otuz nəfər rəssam iştirak edirdi.

Qeyd edək ki, sərgidə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi, rəssam Səmayə Rzayeva, tanınmış rəssam Firdovsi Hacıyev də iştirak edirdilər.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Müstəqillik Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibətilə iştirakçıları təbrik etdi və tədbir barədə məlumat verdi.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev  çıxışı zamanı 44 günlük müharibə və antiterror əməliyyatı zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın azad olmasından danışdı. Gənclərə müqəddəs Azərbaycan torpaqları uğrunda aparılan mübarizədən söz açdı. İştirakçılara can sağlığı, peşələrində uğurlar arzuladı.
Sonda iştirakçılara diplomlar təltif olundu, həmçinin Beynəlxalq Qalereyanın fəaliyyətinin işıqlandırılmasında dəstək olan gənc bloggerlərə xüsusi mükafatlar təqdim olundu.

 

Aygün

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!