Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb. Bu barədə TƏBİB-dən tezadlar.az-a sorğusuna cavab olaraq bildirilib.
“Ötən gün saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib”, – qeyd olunub. O da bildirilib ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.