Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var. Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur. Hamıya oğru kimi baxırlar.
Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır.
Bu narahatlığımızı nəzərə alaraq bu işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün Parlament Komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm”, – deyə Razi Nurullayev təklif verib.