13 Mart 2024 / 10:49

BİNƏQƏDİ RPŞ-NİN RƏİS MÜAVİNİ BEYLƏQAN RPŞ-NƏ RƏİS TƏYİN EDİLDİ

Beyləqan və Yevlax rayonlarına yeni polis rəisləri təyin olunub. 

TEZADLAR.AZ xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Binəqədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 

Nazirin digər əmri ilə Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rüstəm Cəfərov vəzifəsindən azad edilib və Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!