5 Sentyabr 2025 / 10:55

Bilet qiyməti 12 manat 80 qəpik olan Bakı-Ağdam -Bakı sərnişin qatarında gediş haqqı niyə bahalaşıb?

Bakı-Ağdam-Bakı sərnişin qatarına bilet qiymətinin minimum 12 manat 80 qəpik olduğu açıqlansa da, hazırda 14 manatdan ucuz bilet tapmaq olmur.

TEZADLAR.AZ   xəbər verir ki, bununla bağlı iddialar sosial şəbəkələrdə paylaşılıb. Hətta bunu göstərən fotolar da var.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, ötən ilin noyabr ayından tətbiq edilən qiymət siyasətinə əsasən bilet öncədən alındıqda endirimlər olur.

Onun sözlərinə görə, yeni satış qiyməti sentyabrın 6-da sistemdə görünəcək. Qeyd edək ki, Bakı-Ağdam qatarı 32 ildən sonra avqustun 30-da reysə çıxıb.

Ətraflı XəzərTv-nin süjetində:

https://www.youtube.com/watch?v=kgnPEH6JUtY

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!