28 Oktyabr 2025 / 20:00

Binəqədidə güclü yanğın: FHN hadisə yerindədir

Paytaxtın Binəqədi rayonunda güclü yanğın başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Qeyd olunub ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində, ilkin məlumata əsasən, taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub

Məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!