27 Fevral 2025 / 18:27

“Bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik” – Prezidenti Umaru Sisoku Embalo

Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var.

TEZADLAR.AZ  xəbər verir ki, bu sözləri  Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  ilə  mətbuata bəyanatında deyib.

“BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük.

Təkbətək görüşdə biz beynəlxalq münasibətlərə aid çox məsələləri müzakirə etdik və bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik”, – deyə Qvineya-Bisau Respublikasının Prezidenti bəyan edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!