16 Sentyabr 2025 / 10:47

Bir neçə çimərlik köpək balıqlarına görə bağlanıb

Misir kurortlarında bir neçə çimərlik sahilə yaxın üzən köpək balıqlarına görə bağlanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

İstirahətçilərin sözlərinə görə, son bir neçə gündə 10-a yaxın otel çimərliklərini bağladığı Hurqada və Makadi sahillərində köpək balıqları müşahidə edilib. Onların bəziləri, kanalın məlumatına görə, artıq açıqdır.

SHOT yazır ki, Misirdə istirahət etməyi planlaşdıran turistlərə səyahətlərini bron edərkən köpək balıqları ilə bağlı da xəbərdarlıq edilir.

“Mütəxəssislər xəbərdarlıq edir ki, siz pələng köpək balığı ilə, eləcə də insanlar üçün xüsusilə təhlükəli olan küt burunlu (öküz) köpək balığı ilə qarşılaşa bilərsiniz”, – nəşr deyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!